Stefan Hessel dünyasını dəyişdi
27 Fevral 2013 17:23 (UTC+04:00)
Dünya şöhrətli məşhur fransız yazıçı Stefan Hessel 95 yaşında
həyatla vidalaşıb. Movqe.Az-ın məlumatına
görə, Hesselin qələmə aldığı "Indignez-vous" adlı kitab, dünyada ən
çox satılan kitablar arasında yer alıb. İkinci Dünya Müharibəsində
alman işğalı əsnasında müqavimət təşkilatına qatılan Hesssel, sonra
diplomat olaraq ölkəsinə xidmət edib. Bundan əlavə, Hessel "İnsan
hüquqları haqqında ümumi bildirişini" 1948-ci ilin iyun ayında
qələmə alan Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları
Komissiyasının yaşayan tək üzvü idi. Cəzayir döyüşündə Fransanı
tənqid edən Hessel, bərabərsizliklərə qarşı bitməyən qəzəbinin
olmasında, gənc vaxtı tanış olduğu Jan Paul Sartrın da təsiri
olduğunu söyləyirdi. Fransaya köç edən yəhudi əsilli bir alman
uşağı olan Hessel, İsrail hökumətini, xüsusilə Qəzza zolağına dair
siyasətini də sərt bir şəkildə tənqid edirdi.