"Azərsun" bu il yaşıl noxud sahələrindən bol məhsul gözlənilir.

1 Mart 2013 09:04 (UTC+04:00)
Yaşıl noxud son vaxtlar dünyada araşdırılaraq faydalılığı daha da aşkarlanan qida məhsuludur. Bu məhsul tədqiq olunduqca vitamin, lif və minerallarla da zəngin olduğu meydana çıxır. İnsanları qida rasionun daxil oln bu məhsul artıq ölkəmizdə də yetişdirilir. "Azərsun Holdinq" nəzdində fəaliyyət göstərən"Azərsun" kənd təsərrüfatı məssisəsi tərəfindən yüzlərlə hektar ərazidə yaşıl noxud becərilərilir. Hər hektardan 6-7 ton məhsul əldə edilir. Əldə olunan məhsul birbaşa tarladan toplanaraq əkin sahəsi ilə qonşuluqda yerləşən Biləsuvar Konserv Zavodunda qablaşdırılır və təzə-tər şəkildə istehlakçılara təklif olunur. Zavoddan verilən məlumata görə bu il də yüksək məhsuldarlıq gözlənilir.
      Qeyd edək ki, insan orqanizminə faydalı vitaminlərlə zəngin olan yaşıl noxud məhsulunda C, E, B1, B2, B3 VƏ B6 vitaminləri və Sink mineralları ilə zəngindir. Tədqiqatçıların aşkarladığı maraqlı faktlardan biri də odur ki, bin insan gündə 137 qram yaşıl noxud yeyərsə orqanizminin C vitamininə olan ehtiyacının 32 fazini, K ehtiyacının 44 faizini və Sink mineralına olan ehtiyacının da11 faizni qarşılayar. Bütün bunlarla yanaşı yaşıl noxud, insanı diabet, qan xərçəngi, mədə-bağırsaq xəstəliklərinə yoluxmaqdan qoruyur. Həmçinin qaraciyərin və ürəyin işləməsini tənzimləyir. Beləliklə tam təbii üsullarla yetişdirilən yaşıl noxud təbii gübrə ilə becərilir. Mövsümüdə əldə edilən məhsul Biləsuvar Konserv Zavodunda konservləşdirilir və istehlakçıların istifadəsinə verilir.  "Bizim tarla" markası ilə istehlakçılara təqdim olunan yaşıl noxud Novruz bayramında da hazırlanan ləziz təamlarla süfrələri bəzəyəcəkdir.