25 min fil dişləri üçün öldürülüb

1 Mart 2013 15:24 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən yayımlanan bir hesabatda, yalnız 2011-ci ildə 25 min filin dişləri üçün qətl edildiyi bildirilib. 2012-ci ildə dişləri üçün öldürülən fil sayının daha çox olduğu təxmin edilir. Dünyada 470 mindən daha az sayda filin qalmış ola biləcəyi düşünülür. Təşkilat ötən həftə qeyri-qanuni ovlanmanın qarşısını almaq üçün Tayland, Nigeriya Demokratik Konqo Respublikasına sərt sanksiyalar tətbiq etmək qərarı almışdı "Nəsli kəsilməkdə olan vəhşi heyvan bitki növlərinin Beynəlxalq ticarətinə dair Konvensiya" (CITES) -nın tərəfləri 3 ildən bir təşkil edilən yığıncaq üçün bir araya gəlib. Afrikada sayı yalnız 25 minə yaxın  olan , buynuzları üçün qətl edilən kərgədan sayı ötən illə müqayisədə yarı yarıya artıb; qeydlərə görə yalnız Cənubi Afrikada 668 qədər kərgədan öldürülüb. Xatırladaq ki, "CITES" 1989-ci ildə, fil ölümlərini azaldacaq tarixi bir addım olaraq görülən beynəlxalq fil dişi ticarətini qadağan etmişdi.