Basketbol üzrə Avropa çempionu müəyyənləşdi

18 Sentyabr 2017 11:13 (UTC+04:00)

Basketbol üzrə Avropa çempionatına yekun vurulub.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, İstanbulda keçirilən final matçında Sloveniya Serbiyanı 93:85 hesabı ilə məğlub edib. Turnir boyunca keçirdiyi bütün oyunlardan qalib ayrılan komanda ilk qitə çempionluğunu qazanıb. 

Yarışın bürünc medallarını isə Rusiyaya eyni hesabla qalib gələn İspaniya qazandı. Avropa çempionatının ən dəyərli oyunçusu isə NBA-da, “Miami Heat”da çıxış edən Qoran Draqiç seçilib.