"Ağıllı" çəlik istehsal olunub

1 Mart 2013 15:33 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Yaponiyanın texnologiya nəhənglərindən "Fujitsu" "ağıllı" çəlik istehsal edib. Yapon şirkəti, İspaniyanın Barselona şəhərində təşkil edilən Mobil Ümumdünya Konqresində "ağıllı" çəliyi tanıdıb. Çəlikdə GPS naviqasiya sistemilə yanaşı istifadəçinin bədən istiliyi ürək atışlarını izləyən bir sistem də var. Çəlik 3G kabelsiz internet xüsusiyyətlərinə malikdir. İstifadəçi online olaraq izlənə bilir. Həmçinin fövqəladə hallarda əvvəldən təyin olunan ünvana e-poçt(elektron poçt) atıla bilir. Fujitsunun "Yeni Nəsil Çəlik" adını verdiyi məhsulu yaşlılarla yanaşı köməyə ehtiyacı olan insanlar da istifadə edə biləcək.