Şəhzadə Diananın paltarları satılacaq

1 Mart 2013 17:17 (UTC+04:00)

Şahzadə Diananın80-ci illərə aid gecə paltarları Londonda auksion yolu ilə satılacaq. Şahzadə Diananın 10 fərqli gecə paltarı, 19 martda Londonda Keri Taylor hərrac evində auksiona təqdim ediləcək. Diananın rəsmi səfərlər, Kral qəbullarında 1985-ci ildə Ağ Evdə Holivud aktyoru Con Travoltala rəqs etdiyi qala yeməyində geydiyi unudulmaz tünd göy gecə paltarı da satılacaq geyimlər arasındadır. Hərrac evi, cəmi 1,2 milyon dollar gəlir gözlədiyini bildirib.