Obamanın ailəsindən 2-ci siyasətçi

1 Mart 2013 17:37 (UTC+04:00)

Obamanın ailəsindən ikinci bir siyasətçi seçkilərə hazırlaşır. Keniyada ümumi seçkilərə günlər qalıb. 2010 referandumunda qəbul edilən yeni konstitusiyadan sonra keçiriləcək ilk ümumi seçki  martın 4-də reallaşdırılacaq.

Keniyalılar Prezident, Millət Vəkili, Senatorluq, Qubernatorluq, Əyalət nümayəndəliyi və Əyalət qadın nümayəndəliyi olmaq üzrə 6 fərqli namizədlik üçün səs verəcəklər. Yarışacaq namizədlərdən biri isə digərlərindən bir az fərqlidir. Keniyanın Siaya bölgəsində qubernator ola bilmək üçün yarışacaq Malik Obama soyadından göründüyü kimi Prezident Barak Obamanın qardaşıdır. Barak-Malik Obama qardaşların ataları bir, anaları fərqlidir. Malikin anası keniyalı Kezia Nyendega Obama, Barrakın anası isə ağ bir amerikalı olan Anna Tutdur. Qardaşı kimi siyasətə atılan Malik Obama, Siayadaki zəif infrastruktur və yoxsulluq problemlərini düzəldəcəyini vəd edir. Müstəqil olaraq yarışacaq Malik Obamanın qarşısında güclü partiyaların əhəmiyyətli namizədləri var.