Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” təsdiq edilib

26 Aprel 2012 12:00 (UTC+04:00)

Movqe.az www.president.az saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Prezidentə təqdim etmək, Ədliyyə Nazirliyinə normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.


Tural QABİLOĞLU