Bu gün hava mülayim olacaq
2 Mart 2013 10:05 (UTC+04:00)
Movqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentinə istinadən verdiyi
məlumatına görə, Bakıda və Abşeron
yarımadasında bu gün səhər saatlarında bəzi yerlərdə
çiskinli yağış yağacağı, günün ikinci yarısında hava şəraitinin
dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturunun gecə 3-5, gündüz 7-11 dərəcə isti olacağı
gözlənilir. Azərbaycanın rayonlarında martın
2-də havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı,
dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, səhər
ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın
temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə
0-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 4-9 dərəcə
isti olacağı gözlənilir.