Bakıda gülləbaran: ölənlər və yaralanan var

4 Mart 2013 10:21 (UTC+04:00)
Xəzər Rayon Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, Türkan qəsəbə sakini, 31 yaşlı Cabbar İbrahimov ov tüfəngi ilə qonşuları, 1968-ci il təvəllüdlü Elman Zeynalov, onun qardaşları, 1970-ci il təvəllüdlü Taleh Zeynalovu və 1972-ci il təvəllüdlü Bəhruz Zeynalovu güllələyib.
Elman və Taleh Zeynalovlar aldıqları güllə yarasından ölüblər, B.Zeynalov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Hadisəni törədən C. İbrahimov polis tərəfindən saxlanılıb.İnsidentə qonşular arasındakı torpaq mübahisəsi səbəb olub.
Baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanılıb.