Bakı metrosu sərnişinlərin əsəbi ilə oynadı

4 Mart 2013 10:25 (UTC+04:00)

Movqe.az-ın məlumatna görə, xətlərdən birində yaranmış problem qatarların gecikməsinə səbəb olub. Metronun "Həzi Aslanov"dan "İçərişəhər"ə, o cümlədən "Dərnəgül"dən "28 May" stansiyasına gələn qatarlar tunellərdə dayanaraq stansiyalara gecikmə ilə çatıblar.

Bakı Metropoliteninin Hərəkət Xidmətinin baş mühəndisi Etibar İsayev Movqe.az-a açıqlamasında bildirdi iki, qatalardan birində nasazlıq yaranıb. Bunun nəticəsində qatarların hərəkətində 5-7 dəqiqə ləngimə olub.


Baş mühəndisin sözlərinə görə, xarab olmuş qatar xətdən çıxarılıb və hazırda hərəkət bərpa olunub.