Türkiyədə hərbiçilərə hücum olunub: 2 nəfər ölüb

2 Oktyabr 2017 09:15 (UTC+04:00)

Türkiyənin Şırnak vilayətində PKK terror qruplaşmasının üzvləri tərəfindən hərbiçilərə hücum edilib.

Movqe.az-ın türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, hücum nəticəsində iki asayiş keşikçisi ölüb, daha üçü isə yaralanıb.

Qeyd olunur ki, PKK-çılar hücum zamanı uzunlüləli silahlardan istifadə edib. Vilayətdə terrorçuların tutulmasına yönəldilmiş əməliyyata başlanılıb.