"Tarkanın Bakı konsertindən sonra müğənni oldum" - Murad Boz

2 Oktyabr 2017 12:58 (UTC+04:00)

Türkiyəli müğənni Murad Boz “Bir Hülya Avşar sohbeti” şousuna qonaq olub.

Movqe.az-ın məlumatına görə, Boz bir vaxtlar Tarkanın bek-vokalçısı olmasından danışıb. O bildirib ki, ilk dəfə Tarkanın Bakı konsertindən sonra müğənni olmağa qərar verib:

“14 yaşıma qədər səhnəyə çıxmaqdan qorxur, mahnı oxumaqdan nifrət edirdim. Atamın sayəsində müğənni oldum. Tarkan çörəyini yediyim insandır. Vokalistliyi hər zaman bir peşə kimi düşünürdüm. Solist kimi çıxış etməyi ağlıma gətirmirdim. 

Azərbaycanda Respublika Stadionunda  Tarkan konsert verdi. 35-40 min tamaşaçı qarşısında mənə "Asla” mahnısını oxutdurdu. Orada peşəmə aşiq oldum. O hissi yaşamaq başqa idi. Alqışlarla qarşılandım. Elə ondan sonra müğənni olmağa qərar verdim”.

axşam.az