Ferrarinin möhtəşəm sirri

4 Mart 2013 18:06 (UTC+04:00)

Ferrarinin super avtomobil modeli "Enzo"nun yerini alacaq olan bütün dünyanın maraqla gözlədiyi "F150" kodlu avtomobili üzünü ilk dəfə Cenevrə Sərgisində göstərəcək. Ferrarinin "Special Limited Series" çərçivəsində məhdud sayda istehsal etdiyi super avtomobilləri arasındakı yerini alacaq olan "F150" modelinə yalnız çox xüsusi Ferrari müştəriləri sahib ola biləcək. Dünyada məhdud sayda Ferrari müştərilərinin xüsusi dəvətnamə ilə satın ala biləcəyi "F150" modelli avtomobilinin adı da Cenevrədə açıqlanacaq. Bununla da, Ferrari indiyə qədər dizaynı, texniki xüsusiyyətləri və adı haqqında rəsmi heç bir məlumat vermədiyi "F150" kodlu avtomobili idünya lansmanına imza atacaq.