Bekhem sirrini açıqladı
4 Mart 2013 18:35 (UTC+04:00)
Nyu York moda həftəsi çərçivəsində tanıtdığı dizaynlarıyla
bəyənilən Viktoria Bekhem, moda dünyasında əmin addımlarla
irəliləməsinin sirrini instinktlərinə görə hərəkət etməsində görür.
Movqe.Az-ın məlumatına görə, Dizaynlarını
hazırlayan zaman başqalarının dediklərinə tamamilə qulaq asmayan
Bekhem, "Mənim üçün əhəmiyyətli olan tək şey daxili səsimin nə
dediyidir. Heç kimin yaradıcılığımı kölgələməsinə icazə vermərəm."
deyib. Dizaynerlik etdiyindən bəri müğənniliyi tamamilə
unutduğunu və heç o illər üçün darıxmadığını söyləyən gözəl ulduz,
"Mən dizayner olmaq üçün yaradılmışım." sözlərini deyib.