İtaliyada mafiyaya qarşı əməliyyat - 37 saxlanılan arasında polislər də var

4 Oktyabr 2017 17:48 (UTC+04:00)

İtaliya polisi ölkənin müxtəlif vilayətlərində, o cümlədən Almaniyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, İtaliyanın beş vilayətində və Almaniyanın bəzi bölgələrində keçirilən əməliyyatda ümumilikdə 37 nəfər həbs olunub.

Məlumata görə, həbs olunanlar arasında bir hüquqşünas və iki karabiner (polis) də var.

Qeyd olunur ki, əməliyyat zamanı həmçinin 11 milyon avro dəyərində əmlak müsadirə olunub.