ABŞ-ın Minsk qrupundakı həmsədri Dağlıq Qarabağa gəlib

5 Oktyabr 2017 10:09 (UTC+04:00)

ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Andrü Şofer Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.
Amerikalı həmsədr bölgədəki vəziyyətlə tanış olub.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, oktyabrın 7 -də isə Bakıda rəsmi görüşəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarqsyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.