Lənkəranda subasmada köməksiz qalan 17 nəfər təxliyə edilib

5 Oktyabr 2017 10:49 (UTC+04:00)

Lənkəranda yağışlar nəticəsində köməksiz qalan 17 nəfər təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunun Girdəni kəndində yağan yağışlar nəticəsində köməksiz vəziyyətdə qalmış 14 nəfər fərdi yaşayış evindən və 3 nəfər fermanın ərazisindən təxliyə olunub.

Təxliyə işləri Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aparılıb.