Stressi aradan qaldıran müalicəvi bitki - Berqamot çayının faydaları

7 Oktyabr 2017 19:12 (UTC+04:00)

Çay Azərbaycanda ən çox sevilən içkilərdən biridir. Əksər insan isə qara çay aludəçisidir. Qara, xüsusilə də berqamont  çayının bilinməyən faydaları çoxdur.

Movqe.az medicina.az-a istinadən bildirir ki, berqamont çayı yorğun insanı sakitləşdirir, stressi aradan qaldırır. Aparılan araşdırmalar zamanı bu bitkinin sahib olduğu aromaterapi xüsusiyyətinin insanın ruh halının dəyişdirdiyi və antidepressif faydası sübut olunub.

Ən əsas faydalarından biri də köklüyü arıqlatmasıdır. Orqanizmdə maddələr mübadiləsinin düzgün fəaliyyətinə kömək edir.

Adətən qara çayın dişlərin rəngini dəyişdirdiyi deyilir.  Ancaq berqamont çayının tərkibindəki florür maddəsi dişləri gücləndirir, zərər vermədən asit istehsal edəcək bakteriyaların qarşısını alır.