Xaçmazda 4 otaqlı ev yanıb

8 Oktyabr 2017 19:45 (UTC+04:00)

Xaçmazda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 160 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 110 m2 sahədə və dam örtüyü 90 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.