Bu heyvanın nəsli kəsilmək üzrədir

5 Mart 2013 15:37 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Mərkəzi Afrikada təbii mühitdə yaşayan fil sayında son 10 ildə 62 faiz nisbətində azalma olduğu bildirilib. Yabani Həyatı Qoruma Dərnəyi (WCS) tərəfindən edilən araşdırmanın nəticələrinə görə, təsirli, sürətli çox istiqamətli  plan hazırlanmasa tezliklə nəhəng heyvanların nəslinin tükənmə riski var. "WCS" bir çox heyvan qoruma dərnəkləri tərəfindən edilən araşdırmanın nəticələri elm jurnalı "PloS One "da dərc olunub. Araşdırmaya 60-dan çox yazıçı dəstək verib. "WCS"in hazırladığı hesabatda, fil sayındakı azalmanın ən əhəmiyyətli səbəbi kimi fillərin dişləri üçün öldürülməsi göstərilib. İnsanların yaşayış yeri açmaq üçün fillərin yaşadığı təbii mühitləri yox etməsi heyvanların yaşamı üçün ən böyük maneələrdən biri olaraq göstərilib.