Aqrar Universitetdə gənc müəllimlərlə görüş keçirilib

9 Oktyabr 2017 15:25 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetində gənc müəllimlərin sayının artırılması, elmi-pedaqoji kadrların işə cəlb olunması müasir dünyanın əmək bazarının çağırışlarına adekvat cavab verə bilən mütəxəssislərin hazırlanmasında əsas amillərdən biridir. Şübhəsiz ki, tarixən formalaşan müsbət təcrübələri, elmi məktəbləri qorumaq şərti ilə ali təhsil müəssisəsinin insan resurslarında gənclərin sayının arıtılması zamanın tələbindən irəli gəlir.

ADAU-nun mətbat xidmətindən bildirilib ki, təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla gənc müəllimlərin görüşü artıq ənənə halını alıb. Bu dəfəki görüşdə Məktəbgushesi.az internet portalının təsisçisi və baş redaktoru Məzahir Məmmədli, tanınan təhsil ekspertləri Əjdər Ağayev və Nadir İsrafilov,  media eksperti  Nəzirməmməd Zöhrablı da iştirak edib.  Məqsəd yenə də gənc müəllimlərin sosail problemlərinin dinlənilməsi, hər bir müəllimin tədrisin keyiyyətinə verdiyi töhfələrə uyğun olaraq mükafatlandırılması, diferensial əmək haqqı sisteminə keçirilməsi məsələsi olub. Rektor İbrahim Cəfərov deyib ki,  universitetdə çalışan 40 yaşadək müəllimlərin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması, onların sosial problemlərinin həlli, elm və tədrisdə yeni metodların tətbiqi yollarının müzakirəsi həmişə diqqətimizdədir.  Universitetin rektoru onu da vurğulayıb ki, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətində gənc nəslin elmi-pedaqoji fəaliyyətinin səmərəli olması, gənclərin sosial problemlərinin həlli ən mühüm məsələdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında gənc müəllimlərin əmək haqlarının artırılması, müvafiq vəzifələrə təyinatda innovativ və müasir düşüncəli gənclərə daha çox üstünlük verilməsi, beynəlxalq təhsil və elmi-tədqiqat layihələrində onlara hər şəraitin yaradılması, bütövlükdə elm və təhsildə qocalma meyllərinin qarşısının alınması və professor-müəllim heyətinin yaş tərkibi üzrə quruluşunda gənclərin payının artırılması faktdır və bu iş davamlı şəkildə aparılır.  Universitetdə ixtisaslaşdırılan müdafiə şuralarının fəaliyyəti də gənclərə elmi-tədqiqat və pedaqoji fəaliyyətlə məşğul olmağa əlverişli şərait yaradır.
Təqdirəlayiq haldır ki, son illərdə universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllimlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə universitetdə çalışan 40 yaşadək olan müəllimlərin sayı 142-dən 170-ə və ya  19,7 faiz artıb. Təkcə Aqranomluq fakültəsinə son dörd ildə 22 nəfər gənc müəllim işə qəbul edilib və ümumi say 33 nəfər təşkil edib. Bu artım digər fakültələrdə də özünü göstərib və işə qəbul edilən gənc müəllimlərə hər cür şərait yaradılıb.
Görüşdə təhsil ekspetləri  ADAU-da tədrisin keyfiyyəti üçün yaradılan şəraiti işin təşkilinin əsası kimi qiymətləndirib və bu təhsil müəssisəsinin aqrar sahə üzrə kadr bazarına daha layiqli mütəxəssislər verəcəyiniə əminliklərin bildiriblər.

ƏLİHÜSEYN ŞÜKÜROV
 

 

 Quraşdırılmış təsvir 1Quraşdırılmış təsvir 2Quraşdırılmış təsvir 4Quraşdırılmış təsvir 5Quraşdırılmış təsvir 7Quraşdırılmış təsvir 6Quraşdırılmış təsvir 3