Oğru müəllim imiş
5 Mart 2013 15:44 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-ın
Kaliforniya əyalətində bir
sinifdə davamlı təkrar
olunan oğurluq hadisələrinin
arxasında bir müəllimin
olduğu iddia edilib. Linden
liseyində oğrunu tutmaqda
qərarlı olan Castin
Betti adlı şagird,
bütün şagirdlərin bədən
tərbiyəsi dərsi üçün
idman salonuna getdiyi
bir vaxtda şkafa
gizlənərək gözləməyə
başlayıb. Şagirdlərin
çantalarını qarışdıraraq pul
və qiymətli əşyalarını
götürən şəxsin isə
müəllimlərindən biri
olduğunu müəyyən edib. Bunu
yoldaşlarına syləyən Betti
heç kimin ona inanmadığını görəndə növbəti dəfə
hadisəni qeydə alıb. Hadisəni izah
edən Betti, çox
sevdiyi müəlliminin
oğurluq edə biləcəyini əsla
təxmin etmədiyini söyləyib.
Müəllim haqqında isə
istintaq başladılıb