Tələbələr yenə nümayiş keçirib

26 Aprel 2012 13:26 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Çilidə minlərlə tələbə pulsuz və daha yaxşı təhsil tələbiylə yenidən nümayiş keçirib. On minlərlə şagird Prezident Sebastian Pineranın təhsil problemlərinin həlli üçün yeni qanun layihəsini konqresə təqdim etməsindən əvvəl paytaxt Santiaqoda yürüş təşikl edib. Rəsmilər yürüşdə 30min şagirdin iştirak etdiyini söyləsə də, əslində bu rəqəmin 50 mindən çox olduğu deyilir.
Təhsil naziri Harald Bayer yürüşün qeyri-qanuni olduğunu qeyd edib.
Xatırladaq ki, Çili tələbə heyəti ötən il ölkədə aylarla davam edən etiraz nümayişləri keçirib.
Yürüşlər səbəbindən 5 ayda 2 təhsil naziri istehfa vermişdi.
Əfqanə Məzahirqızı