Rusiya yeni rubllar buraxır

10 Oktyabr 2017 16:36 (UTC+04:00)

Oktyabrın 12-i Moskvada 200 və 2000 rubl dəyərində yeni əsginasların təqdimatı keçiriləcək.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, əsginasları Rusiya Bankının sədri Elvira Nabiullina və "Qosznak" şirkətinin baş direktoru Arkadi Tkaçuk təqdim edəcək.

Əsginasların üzərində "Vostoçnı" kosmodromu və Russki adasına aparan körpü, eləcə də Tavr Xersonesi və batırılmış gəmilər heykəli əks olunacaq.