"Məni vurub yola tulladı" - Mikroavtobusun aşdığı dəhşətli qəzanın görüntüləri - VİDEO - FOTO

10 Oktyabr 2017 17:35 (UTC+04:00)

Şamaxıda sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Movqe.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində mikroavtobus aşıb, yaralılar da var.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 127-ci kilometliyində, Şamaxının Meysəri kəndi ərazisində qeydə alınıb.

Şəki sakini, 60 yaşlı Məhəmmədiyyə Mustafayevin idarə etdiyi "Ford" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Şamaxı sakini Bayram Rəsulova məxsus "Mersedes" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə zamanı mikroavtobusdakı sərnişinlər-Şəki sakinləri 31 yaşlı Günay Rəsulzadə, 21 yaşlı Nicat Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Vəzir Səfərov (sürücü): "Ağsu istiqamətindən Şamaxıya gedirdim. Sürətim 60-dan aşağı idi. Dönmə işığını yandırıb dönəndə yük maşını məni vurub yolun ortasına tulladı".

Hadisə yerinə iki təcili yardım avtomobili cəlb olunub, xəsarət alanlara yardım göstərilib. Mikroavtobusda 20 nəfər sərnişinin olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.