Kaliforniyada yanğınlar qurbanlarının sayı 13 nəfərə çatıb

11 Oktyabr 2017 10:40 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında yanğınlar qurbanlarının sayı 13 nəfərə çatıb, onlarla insan itkin düşmüş elan edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Sonoma rayonunun polis ofisinin şerifi yanğınlar nəticəsində 200-dən insanın itkin düşdüyü bildirib.  

 
Kaliforniya qubernatoru ştat ərazisində fövqəladə vəziyyət elan edib. Yanğınlar ştatın 240 min km-dən çox ərazisini əhatə edib.