Üç xarici şirkətin Azərbaycanda filialı ləğv olunub

11 Oktyabr 2017 10:50 (UTC+04:00)

“Euro Architects and Engineers European Economic İnterest Grouping” şirkətinin Azərbaycandakı filialı ləğv edildiyini elan edir.

 
“Movqe” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, ev 4/189, Falez Plaza, 5-ci mərtəbə ünvanına bildirə bilərlər.
 
Bundan başqa, “Compass Development Holdings VII Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunduğunu elan edib. Kreditorlar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 11/35 ünvanına müraciət edə bilərlər.
 
Toyo Engineering Corporation” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub. Bildirilir ki, kreditorlar öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, Lev Starçuk, ev 17 ünvanına müraciət edə bilərlər.