"Google" yeni din yaradır

11 Oktyabr 2017 15:53 (UTC+04:00)

İnsansız motosiklet, "Google Street View" kimi xidmətlərin sahibi "Google"-nin köhnə mühəndisi Anthony Lewandowski süni zəkaya əsaslanan "tanrı"nın inkişaf etdirilməsi üçün "Gələcəyin Yolu" adlı dini qrup yaradıb. Movqe.az xəbər verir ki, qrup öz veb saytında süni zəkaya əsaslanan bir "tanrı"nı inkişaf etdirməyi hədəf aldıqlarını və bu süni "tanrı"nın insanlığa yararlı olduğunu irəli sürüb. 

ABŞ mətbuatının yazdığına görə, qrupun inkişaf etdirmək istədiyi robot  hər bir  inanc diləyinə cavab verə biləcək şəkildə proqramlaşdırılacaq. Anthony Lewandowski'nin bu maraqlı təşəbbüsü qabaqcıl texnologiya ilə qurtuluşa inanan və 2013-cü ildə öz kilsəsini quran Xristian-Tranşmanistlər Dərnəyi tərəfindən də dəstəklənib. Birliyin rəhbəri keşiş Kristofer Benek süni intellektin İsa peyğəmbərin xilasetmə missiyasında iştirak edə biləcəyini açıqlayıb. 

Mübariz Bayramov