"Nokia"dan belə telefon gözləməyin!

5 Mart 2013 16:46 (UTC+04:00)
"Nokia"dan belə bir ağıllı telefon gözləyirsinizsə artıq bunu unudun! Movqe.az-ın xəbərinə görə İspaniyada təşkil edilən "MWC" sərgisində "Windows Phone 8" əməliyyat sistemli məşhur Lumia ardıcıllığının iki yeni üzvü Lumia 520 Lumia 720-ni tanıdan "Nokia" telefon ardıcıllığına klaviaturalı bir model əlavə etməyi düşünmədiklərini açıqlayıb. Firma idarəçilərindən Co Harlou etdiyi şərhdə, "QWERTY" klaviaturalı modelləri tələb edən müəyyən bir istifadəçi kütləsi olduğunu və  Lumia ardıcıllığında bu cür modelin olmayacağını bildirib.