Neftin qiyməti 57 dollara yaxınlaşır

12 Oktyabr 2017 10:58 (UTC+04:00)

Oktyabrın 11-də dünya bazarlarında neftin qiyməti yüksəlməkdə davam edib. Movqe.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:30-a olan məlumata görə, “Brent” markalı neftin dekabr fyuçersinin 1 barreli 56,85 dollara satılır.

Bu göstərici çərşənbə axşamı qeydə alınmış rəqəmdən 0,24 dollar, yaxud 0,42% yüksəkdir.