Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdı

12 Oktyabr 2017 11:20 (UTC+04:00)

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tam yekunlaşıb.  Movqe.az-ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (SOCAR) sədri Cavid Qurbanov Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib.

C.Qurbanov bildirib ki, bu ayın sonunda dəmir yolunun istismara verilməsi mərasimi keçiriləcək.