Prezidentlərin Tehran görüşünün vaxtı məlum oldu

12 Oktyabr 2017 16:10 (UTC+04:00)

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi APA-ya bildirib ki, görüşün bu il noyabrın 1-də Tehranda keçirilməsi gözlənilir.

M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.

Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.