Müğənnilərin ilk məhəbbəti

13 Oktyabr 2017 12:36 (UTC+04:00)

“Virtual həyat” müğənnilər arasında sorğu apararaq, onların ilk məhəbbətini soruşub. 

Movqe.az  axşam.az-a istinadən xəbər verir ki,  sənətçilərin ilk sevgiləri haqda sorğunu təqdim edir:

Yaşar Yusub: “İlk məhəbbətim məktəbdə oxuyarkən, birinci sinifdə olub. Bir qız var idi, onu sevirdim. Adını deməyəcəm, artıq ailəsi var. Uşaqlıq sevgisidir də. Bəlkə, bağçada da olub. Ancaq məktəbi xatırlayıram”.

Elnarə Xəlilova: “İlk məhəbbətim birinci sinifdə olub. Göygöz oğlanıydı. Parta yoldaşımıydı. Hamıda bu cür olur”.

O dövrkü hislərin sadəcə müvəqqəti duyğular olduğunu söyləyən məşhurlar geriyə baxıb uşaqlıq sevgilərini yada saldılar.

Nadir Qafarzadə: “1985-ci ildə biz Bolqarıstana, pioner düşərgəsinə getmişdik. Orda bir türk qızına vurulmuşdum. Uşaq idim onda, 6-cı sinifdə oxuyurdum. Guya ki, vurulmuşdum”.

Aysel Əlizadə: “İlk məhəbbətimin adı yadımdadır. Ancaq deməyə ehtiyac yoxdur. Mən bir az oğlan xasiyyətliyəm. İlk məhəbbətim də təpiklə, filan yadda qalıb”.

Məşhurların ilk məhəbbət etirafları indi təqdim etdiklərimizdən ibarət deyil. Daha geniş sorğunu bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.