Bakı şəhəri, Suraxanı rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 45 m2 birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 12 m2 sahədə yanıb
Yüksək temperaturdan 1 otağın labirindən ibarət tavanı 12 m2 sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.