Qırğızıstanda prezident seçkiləri başa çatıb

15 Oktyabr 2017 18:41 (UTC+04:00)

Qırğızstanda bu gün keçirilən prezident seçkiləri yerli vaxtla 20:00-da başa çatıb.

Movqe.az-ın verdiyi məlumata əsasən, saat 17:00-a seçicilərin 40,12%-i və yaxud 1 213 803 nəfər səs verib.

Hal hazırda səslərin hesablanması aparılır.

Qeyd edək ki, ölkədə 2375 seçki məntəqəsi fəaliyyət göstərib. Seçkilərdə 11 namizəd iştirak edir.