Kral 10 yaşlı qızları ərə verir?!

26 Aprel 2012 13:53 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Kəskin şərhləri ilə tanınan Səudiyyə Ərəbistanın baş müftüsü Şeyx Əbdüləziz Əl- Şeyx bu dəfə də qızların ailə həyatı qura bilmə yaşları ilə əlaqədər verdiyi şərhlərilə dünya gündəmində qalmağı bacarıb. O, Avstraliya qəzetlərindən birinə verdiyi müsahibəsində qızların 10 yaşında belə evlənə biləcəklərini deyib. Şeyx Əbdüləziz:" Evlənmək üçün 25 yaşına çatmasını gözləyənlər yanılır. Yaxşı ailə tərbiyəsi görən qızlar evlilik vəzifələrini layiqincə yetirə bilər" deyib. Daha əvvəl "Müsəlman ölkələrindəki kilsələr bağlanılmalıdır" kimi şərhlərlə Vatikanı ayağa qaldıran şeyxin şərhləri Qərbdə yaşayan müsəlman elm xadimlərinin də diqqətini çəkmişdi. Səudiyyə Ərəbistan Krallığı evliliyə yaş həddi gətirmək üçün üləmanı razı salmağa çalışır.
Əfqanə Məzahirqızı