Xaçmazda ağır qəza: 1 nəfər həyatını itirdi

17 Oktyabr 2017 16:48 (UTC+04:00)

Xaçmazda baş verən qəza nəticəsində bir nəfər həyatını itirib.

Movqe.az milli.az-a  istinadla xəbər verir ki, qəza nəticəsində Xaçmaz rayon Qaradağ Buduq kənd sakini 62 yaşlı Nuru Zeynalov həyatını itirib. 53 BB 583 dövlət nömrə nişanlı "Mercedes Vita" markalı avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Şamil Ələkbərov və sərnişinlər xəsarət almayıb.

Hadisə şahidi: "Maşında qabaqda oturmuşduq. Yol nişanına bir az qalmış döndü, dönən kimi isə vurdu onu".