Ərdoğan sonuncu xəbərdarlığını etdi

26 Aprel 2012 14:09 (UTC+04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriyadakı baş verən hadisələrdə sərhəd pozuntusu ilə bağlı narahatlıq yaradan halların davam etdiyi təqdirdə NATO ilə əlaqədar maddəni xatırlatıb.
O bildirib: "Təbii ki biz bir NATO ölkəsi olaraq atılması lazım olan addımı atacağıq.Biz bu addımı atdığımız anda NATO-ya üzv ölkələrdən birinin hücuma uğramasıyla əlaqədar 5-ci maddə dövrəyə girər. Ümid edirəm ki, bu işlər bu nöqtəyə qədər gəlib çıxmaz."
Ərdoğan Əl Cəzirə televiziyasına verdiyi müsahibədə bunları bildirdi:
''Güclü bir silahlı qüvvəyə sahibik. Bu barədə də atdığımız addımları xüsusi diqqətlə atırıq və diqqətlə atmağa da inşallah davam edəcəyik. Amma Suriya bunu bilməlidir ki, yəni bu sərhəd pozuntuları ilə bağlı daha əvvəlki səhvi təkrar edəcəklərsə, təbii ki Türkiyənin yanaşma tərzi başqa cür olacaq. Bunu çox yaxşı bilməlidirlər. Onsuzda bilirlər.''
''Biz Suriya və Suriya xalqına əsla düşmən deyilik."


Ziba Yusifova
Mövqe.az