"Qarabağ" - "Atletico" matçına neçə bilet satılıb?

18 Oktyabr 2017 17:16 (UTC+04:00)

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin III turunda bu qarşılşacağıq Madrid “Atletico"su ilə ev oyununa bilet satışı davam edir.

Movqe.az goal.az-a istinadən xəbər verilir ki, indiyədək 42 minə yaxın bilet satılıb. Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər.

Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir.

Qeyd edək ki, “Qarabağ” – “Atletico” matçı bu güni, saat 20:00-da başlayacaq.

Satış məntəqələri:

“Gənclik mall” və “28 mall”

“Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)