Keçmiş kariyerasına qayıtmayacaq

6 Mart 2013 16:55 (UTC+04:00)

Müğənnilikdən modelyerliyə keçən və ötən günlərdə keçmiş kariyerasına geri dönməyi qətiliklə düşünmədiyini açıqlayan Viktoria Bekhem, qrupu "Spice Girls"un üzvlərinin yenidən birlikdə səhnəyə çıxma təkliflini rədd edib. Movqe.Az-ın məlumatına görə, London Olimpiya Oyunlarında səhnəyə çıxan "Spice Girls" qrupu, 2014-cü ildə birlikdə dünya turuna çıxma qərarı alıb, lakin Bekhem qətiliklə bu layihədə iştirak etməyəcəyini açıqlayaraq sözlərinə əlavə edib ki: "Olimpiya oyunları bir şou idi. Ona görə qrupla birlikdə səhnəyə çıxdım. Dünya turu isə professional bir işdir. Mənim artıq musiqiyə professional mənada ayıracaq vaxtım yoxdur."