Xəzər dənizində zəlzələ olub

19 Oktyabr 2017 14:56 (UTC+04:00)

Xəzər dənizində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən movqe.az-a bildirilib ki, bu gün yerli vaxtla saat 13:21:24-də Xəzər dənizində zəlzələ qeydə alınıb. 9 km dərinlikdə, 3 maqnitudalı zəlzələ hiss olunmayıb.