Pakistanın keçmiş baş nazirinə və ailə üzvlərinə qarşı yeni ittiham irəli sürülüb

19 Oktyabr 2017 19:30 (UTC+04:00)

Pakistan məhkəməsi keçmiş baş nazir Nəvaz Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürüb.

“Movqe” TASS-a istinadən xəbər verir ki, onların heç biri özlərini təqsirli bilməyib.
Qeyd edək ki, Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013--2017-ci illərdə) Pakistanın baş naziri olub. Bu ilin iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa verib.