“Dolunay”ın aktyoru Bakıya gəldi - fotolar

20 Oktyabr 2017 11:16 (UTC+04:00)

“Dolunay” serialının aktyoru Armağan Zengin Bakıya gəlib.

Movqe.az-ın  axşam.az-a istinadən məlumatına görə, aktyor şəhər gəzintisindən fotosunu İnstaqram səhifəsində paylaşıb. O, şəklinə “Qardaş ölkədən salamlar” şərhini yazıb.

Qeyd edək ki, Armağan “Dolunay” serialında Burak obrazını canlandırır. O, eyni zamanda aparıcı və müğənni kimi tanınır.