Madaqaskarda 90-dan çox adam bu dərddən öldü

20 Oktyabr 2017 17:27 (UTC+04:00)

Madaqaskarda taun epidemiyası 94 nəfərin ölümünə səbəb olub.

Movqe.az-ın  məlumatına görə, Dünya Səhiyyə Təşkilatı avqustun 1-dən başlayaraq adada 1153 yoluxma halı qeydə alındığını bildirib.

Xəstəlik Madaqaskarın 114 əyalətindən 37-də yayılıb.

Qeyd edək ki, bu ayın əvvəlində verilən məlumata görə, ölkədə taundan ölənlərin sayı 40-dan çox idi.

TREND