Jurnalistlərin olduğu helikopter gölə düşüb

21 Oktyabr 2017 14:00 (UTC+04:00)

Keniyada jurnalistlərin olduğu helikopter qəzaya uğrayıb.

Movqe.az-ın  məlumatına görə, helikopterdə 4 jurnalist olub. Onların taleyi məlum deyil.

Helikopter ölkənin mərkəzi hissəsində gölə düşüb. Hazırda helikopterin və itkin düşənlərin axtarışları aparılır.