Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana gəlib

22 Oktyabr 2017 21:09 (UTC+04:00)

Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-də Azərbaycana səfərə gəlib.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Pan-Afrika Parlamentinin prezidentini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.