Alim Qasımov ABŞ-da konsert verəcək

23 Oktyabr 2017 15:48 (UTC+04:00)

Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova konsert vermək üçün ABŞ-a gediblər.

Movqe.az  axşam.az-a istinadən xəbər verir ki, onlar artıq "Leyli və Məcnun" konsertinin məşqlərinə başlayıb. Xalq artisti və qızı "Mark Morris" rəqs qrupu və "İpək yolu" ansamblı müşayiəti ilə Nyu-yorkda 4 konsert proqramı ilə çıxış edəcəklər.
 
Konsertlər 26, 27, 28 və 29 oktyabr tarixlərində "Rose" Teatrında baş tutacaq.