ABŞ-da "cizgi filmi"ndən olan at cinsi yetişdirilib

31 Oktyabr 2017 20:20 (UTC+04:00)

ABŞ-da çox qəribə at doğulub. Belə ki, heyvanın qeyri-proporsional üzü, iri burun dəlikləri və iti qulaqları var. 

Movqe.az oxu.az-a istinadən xəbər verir ki, at sanki "Disney" studiyasının cizgi filmindən çıxıb. Məsələn, heyvanı “Dırnaqlarınla vurma” cizgi filmindən olan köhlənlə müqayisə etmək olar.Sahiblərinin sözlərinin görə, at tamamilə sağlamdır və özünü əla hiss edir. El Rey Maqnum adlı doqquz aylıq dayça artıq bir neçə milyon məbləğində dəyərləndirilir.