Elmdə ilk: 15 mm-lik balıq tapıldı

31 Oktyabr 2017 21:00 (UTC+04:00)

Türkiyəli alimlər - İzmir Çələbi Universiteti Su Təsərrüfatı Fakültəsinin Dekanı Prof. Dr. Semih Ergin və laborant Dilruba Seyhan Öztürk Ağ dəniz və Avropa qitəsinin ən kiçik balıqları və  ən kiçik onurğalısı olan 'nano balığı' aşkar ediblər. Movqe.az xəbər verir ki, balığın ölçüsü 15 millimetrdir. Prof. Dr. Semih Ergin bildirib ki, qaya qrupuna daxil olan bu balıq digər balıqların yemidir.  "Nano balığı" ərzaq zəncirində əhəmiyyətli bir bağ quraraq, ekoloji tarazlığın qorunması baxımından əhəmiyyətlidir. 2016-ci ildə kəşf edilən "Pomatoschistus Nanus" sentyabr ayında Avropada nəşr edən elmi   jurnalında nəşr olunaraq dünyaya tanıdılıb. 

Mübariz Bayramov